Çərşənbə axşamı, 28 Yanvar 2025 14:36

BP 2029-cu ildə “Şahdəniz” yatağından aşağı təzyiqli qaz hasilatına başlayacaq

“BP-Azerbaijan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ilk aşağı təzyiqli qazın hasilatını 2029-cu ilin ortalarına planlaşdırır.

Qaz yataqlarının işlənməsi zamanı lay təzyiqinin azalması təbii bir prosesdir və bu, qaz hasilatının həcminin tədricən azalmasına səbəb olur: "Bu vəziyyətdə qazın kompressiyası neft-qaz sənayesində geniş tətbiq edilən və özünü doğruldan bir texnologiyadır. Aşağı təzyiqli qaz ehtiyatlarının hasilatı və onların maksimum səmərə ilə çıxarılması məqsədilə yeni kompressor platformasının inşası planlaşdırılır.

Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Elektrik enerjisi ilə işləyən pilotsuz “Shah Deniz Compression” (SDC) kompressor platformasının tikintisi;

- Mövcud “Shah Deniz Alpha” (SDA) və “Shah Deniz Bravo” (SDB) platformalarından qazın ixracı və idxalı üçün mədəndaxili sualtı qaz kəmərlərinin çəkilməsi;

- SDC platformasının elektrik enerjisi ilə təmin olunması, həmçinin SDA və SDB platformalarının ehtiyat elektrik enerjisi üçün fiber-optik kabellərin quraşdırılması.

Read 15 times Last modified on Çərşənbə axşamı, 28 Yanvar 2025 12:49