Cümə, 07 Fevral 2025 18:57

SOCAR-ın prezidenti "Crescent Petroleum" şirkətinin baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Crescent Petroleum" şirkətinin baş icraçı direktoru Məcid Cəfər ilə görüşüb.

Görüşdə "Crescent Petroleum" şirkətinin fəaliyyəti barədə məlumat verilib. Şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 68 times Last modified on Cümə, 07 Fevral 2025 13:17