Çərşənbə, 12 Fevral 2025 18:58

QazaqGaz və PetroChina 2025-ci ildə Çinə qaz tədarükünün artırılması barədə razılığa gəldi

QazaqGaz rəhbəri Səncər Jarkeşov və PetroChina International şirkətinin icraçı direktorlar şurasının sədri U Tsyunli təbii qazın alqı-satqısına dair üçillik müqaviləyə əlavə imzalayıblar.

Bu barədə “Caspian Energy Media” Qazaxıstan şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Bunun sayəsində 2025-ci ildə Çinə qaz ixracının həcmi artırılacaq ki, bu da Qazaxıstan və Çin arasında enerji sektorundakı strateji tərəfdaşlığı bir daha təsdiq edir", – məlumatda qeyd olunub.

Şirkət əlavə edib ki, Qazaxıstanın qaz sənayesi regionun enerji təhlükəsizliyini gücləndirmək üçün etibarlı resurs tədarükçüsü kimi çıxış edir.

Read 57 times Last modified on Cümə axşamı, 13 Fevral 2025 10:02