Bazar ertəsi, 17 Fevral 2025 18:27

SOCAR Hindistanın ONGC, MRPL şirkətləri ilə enerji əməkdaşlığını genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hindistanın “Mangalore Refinery and Petrochemicals Limited” (MRPL) və “Oil and Natural Gas Corporation Limited” (ONGC) şirkətləri ilə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MoU) imzalayıb, “Caspian Energy Media” ONGC-yə istinadən xəbər verir.

Memorandum Hindistan Enerji Həftəsi çərçivəsində imzalanıb və tərəflər arasında strateji imkanların araşdırılmasını nəzərdə tutur. Razılaşma xam neft və mayeləşdirilmiş təbii qazın tədarükü, neft məhsullarının satışı və tədarükü, ticarət imkanlarının öyrənilməsi, eləcə də bilik mübadiləsi yolu ilə potensialın artırılması kimi əsas istiqamətləri əhatə edir.

ONGC qeyd edib ki, bu tərəfdaşlıq şirkətin Azərbaycanın neft-qaz sektorunda, xüsusilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrində iştirakını gücləndirəcək.

Read 34 times