Cümə, 21 Mart 2025 10:31

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” Korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.

⁠Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb. Görüşdə ⁠Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

 

 

 

Read 42 times Last modified on Çərşənbə axşamı, 01 Aprel 2025 10:43