Bazar ertəsi, 17 Fevral 2025 13:27

IsDB ilə AMB arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirə edilib

İslam İnkişaf Bankı (IsDB) və Azərbaycan Mərkəzi Bankı (AMB) və arasında islam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilmək məsələləri müzakirə olunub.

“Caspian Energy Media” xəbər verir ki, bu badərə IsDB-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, AMB-nin sədri Taleh Kazımovla görüşən IsDB Qrupunun sədri Məhəmməd Əl Jasser IsDB-in islam maliyyəsi çərçivəsini gücləndirmək üçün potensialın artırılması və texniki yardım vasitəsilə Azərbaycana dəstək vermək öhdəliyini bir daha təsdiqləyib. O, həmçinin Azərbaycanın İsDB sukuka sərmayələrini təqdir edib və builki emissiyalarda davamlı iştirakı təşviq edib.

 

Read 48 times