Cümə axşamı, 24 Aprel 2025 10:11

Maliyyə sektorunun inkişaf tendensiyaları müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında maliyyə sektorunun inkişaf tendensiyaları müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İqtisadçı-ekspertlərlə növbəti dəfə görüş keçirdik. Görüş çərçivəsində ölkədə makroiqtisadi göstəricilər, maliyyə sektorunun inkişaf tendensiyaları, çağırışları və perspektivləri barədə danışdıq. Ekspertlərin maliyyə gündəmində olan mühüm məsələlər üzrə suallarını cavabladıq, bir daha açıq və şəffaf kommunikasiyaya sadiqliyimizi vurğuladıq", - deyə o qeyd edib.

 

Read 17 times