Çərşənbə, 27 Noyabr 2024 17:24

Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir

Qətər dünyanın ən böyük mavi ammonyak zavodunu tikir.

Qətər əmiri Təmim bin Həməd Al Taninin iştirakı ilə sənaye şəhəri Mesaiddə zavodun təməli qoyulub. Zavodun tikintisi “QatarEnergy”nin ən iddialı layihələrindən biri kimi təsvir edilib.

Zavod ildə 1,2 milyon ton ammonyak istehsal edəcək və 1,5 milyon ton tutumu olan CO2 anbarı ilə təchiz ediləcək. Yeni stansiya 35 MVt gücündə günəş elektrik stansiyasından enerji alacaq.

Mavi ammonyak təbii qaz və kömürdən istifadə etməklə istehsal olunan ammonyakdır, lakin yandırıldıqda təmiz təbii qazdan daha az karbon qazı əmələ gətirir. Onun ənənəvi yanacağın "yaşıl" əvəzedicisi ola biləcəyinə inanılır.

Read 123 times