Cümə, 17 Yanvar 2025 19:02

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

2024-cü ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 64,1 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edib.

Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,5 %, qeyri neft-qaz sektorunda isə 7,3 % artıb.

Sənaye məhsulunun 64,3 %-i mədənçıxarma sektorunda, 29,8 %-i emal sektorunda, 4,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Bu barədə “Caspian Energy Media” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

 

Read 15 times