COP29-un prezidenti Muxtar Babayev Barbadosun kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri İndar Veyr ilə görüşüb.
Caspian Energy Media xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“COP29 sədrliyinin nümayəndə heyəti ilə Barbadosun kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri İndar Veyr arasında iqlim dəyişikliyinin ada dövlətlərinə qeyri-mütənasib şəkildə necə təsir etdiyinə dair müzakirələr aparılıb”, - paylaşımda qeyd edilib.