Çərşənbə axşamı, 15 Oktyabr 2024 17:41

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə “ağıllı” texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq ediləcək.

Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, “FiberHome Telecommunication Technologies Co., Ltd”nin Baş icraçı direktoru Hai Lan iştirak ediblər.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 172 times Last modified on Çərşənbə axşamı, 15 Oktyabr 2024 12:43