Cümə, 18 Oktyabr 2024 14:51

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyanın növbəti iclası keçirilib

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Günəş enerjisi üzrə keçirilən hərracın cari mərhələsi, habelə bu istiqamətdə görüləcək tədbirlər müzakirə edilib. Qeyd olunub ki, hərracların səmərəli təşkili yaşıl enerji layihələrinə cəlb olunan özəl investisiyaların artırılmasına şərait yaradacaq.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

 

Read 11 times Last modified on Cümə, 18 Oktyabr 2024 11:00