Çərşənbə, 04 Dekabr 2024 15:23

Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çin Xalq Respublikasından Azərbaycan istiqamətində 300-cü konteyner blok-qatarı göndərilib.

Çinin Sian şəhərində yerləşən Qazaxıstan–Çin terminalından hərəkətə başlamış qatarın Qazaxıstan Respublikasının ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.

Blok-qatarın təşkili Orta Dəhliz üzrə əsas tərəfdaşlar olan “ADY Express” və “Xi'an Free Trade Port” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

 

Read 178 times Last modified on Çərşənbə, 04 Dekabr 2024 12:17