“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sahəsində ekoloji məsuliyyətin artırılmasına yönəldilmiş nüfuzlu “CANSO GreenATM” akkreditasiya proqramının üzvü olmaq niyyətini nümayiş etdirən Anlaşma Memorandumu imzalayıb.
Caspian Energy Media "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, “GreenATM” proqramına qoşulmaq üçün sənədi AZAL-ın prezidenti Samir Rzayev və CANSO-nun baş direktoru Saymon Hokkard imzalayıblar.