Çərşənbə axşamı, 25 İyun 2024 15:07

ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə etdi

Türkmənistanda işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Aşqabad şəhərində Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşüb.

Caspian Energy Media Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin gücləndirilməsi və yük dövriyyəsinin, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılması, əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların Avropa bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Read 347 times