Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov ikitərəfli əlaqələrin dinamik inkişafını müzakirə ediblər.
“Caspian Ennergy Media” Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Özbəkistan-Türkmənistan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.