Çərşənbə axşamı, 24 Sentyabr 2024 15:06

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Görüşdə Özbəkistanla iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndiriblər.

Daha ətraflı

Read 268 times