Cümə, 20 Sentyabr 2024 15:30

Ümumçin Sənaye və Kommersiya Federasiyası ilə əmakdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumçin Sənaye və Kommersiya Federasiyasının (ACFIC) icraçı sədr müavini xanım Şen Yinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, işgüzar dairələrin tərəfdaşlığı genişləndirməsi, o cümlədən turizm, İT, innovasiya, fintech və s. sahələrdə əməkdaşlıq perspektivləri vurğulanıb. Özəl sektorda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması, birgə layihələrin icrası, Ümumçin Sənaye və Kommersiya Federasiyasının bu istiqamətdə təşəbbüsləri dəstəkləməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Daha ətraflı                            

Read 212 times