AquaLink şirkətinin direktoru Orxan Mikayıl “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə “Caspian Energy Media”ya müsahibə verib.
“Artıq 2 ildən çoxdur ki, biz “Caspian Energy Club”ın üzvüyük. Klubun fəaliyyəti zamanı əldə etdiyim təcrübə və əməkdaşlıqlar mənim üçün olduqca əhəmiyyətlidir. “Caspian Energy Club”ın bütün üzvlərinə və klub rəhbərliyinə bu imkana görə təşəkkür edirəm. Eyni zamanda bu il, “Caspian Energy” brendinin 25 yaşı tamam olur. Bu münasibətlə bütün “Caspian Energy” ailəsini təbrik edir, enerji dolu, pozitiv illər arzu edirəm”, - deyə Orxan Mikayıl bildirib.
“AquaLink” şirkəti ölkəmizdə su mühəndisliyi, o cümlədən su və çirkab su təmizliyi və su sistemlərinin istehsalı, qurulması və istismarı sahəsində fəaliyyət göstərir. Şirkət dünyanın fiziki və kimyəvi su təmizləmə sahəsində ixtisaslaşmış bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir.