Cümə, 21 İyun 2024 16:39

Əsəd Nəsrullayev “Caspian Energy”ni 25 illik yubileyi münasibətilə təbrik edib

Debet Safety şirkətinin təsisçisi və direktoru Əsəd Nəsrullayev “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.

“Şirkətimiz artıq 17 ildən çoxdur ki, “Caspian Energy Club”ın üzvüdür. Bu müddət ərzində klub qarşımızda duran bütün problemlərin həlli üçün səylərini əsirgəməyib. Buna görə də, başda Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev olmaqla, bütün “Caspian Energy Club” üzvlərinə və klubun əməkdaşlarına öz minnətdarlığımı bildirir, “Caspian Energy” brendini 25 illik yubileyi münasibətilə təbrik edir, daha böyük uğurlar azru edirəm”, - deyə Əsəd Nəsrullayev bildirib.

1997-ci ildə təsis edilmiş Debet Safety MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir. Əsas fəaliyyətini müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim edilməsinə, onların istəklərini tam qarşılamağına, müştəri məmnunluğunun tam təmin olunmasına yönəldən şirkət, 3M, Bolle, Honeywell, MSA, Jallatte, Portwest, JSP, Uvex, Hex-Armor, Kong, Texport, Dunlop, DuPont, Ansell, Deb-Stoko, Marigold, Sala, Protecta, Viking, Baltic, Lalizas, Sioen, Lyngsoe və bir çox başqa tanınmış brend və ticarət markalarının Azərbaycandakı rəsmi distribyutoru və partnyorudur.

Daha ətraflı

Media

Read 170 times