Çərşənbə axşamı, 02 İyul 2024 14:29

"STP Şirkətlər Qrupu" yeni körpünün inşasında iştirak edir

“Caspian Energy Media”ya  STP Şirkətlər Qrupu tərəfindən verilən məlumata görə, “Bakı Ağ Şəhər” Zaman meydanı layihəsi çərçivəsində inşa edilən piyada körpüsünün 8 ədəd seqmenti STP qrupa daxil “SOCAR STP” MMC-də hazırlanıb.

"STP Şirkətlər Qrupu"na daxil olan “SOCAR STP” MMC separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların (3-5 oxlu Torna / Frezləmə) istehsalını həyata keçirir. Həmçinin ağır mühəndislik kimi xidmətlər təklif edir.

STP-nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və yaxud sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Read 412 times Last modified on Çərşənbə axşamı, 02 İyul 2024 11:11