Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.
Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.