Çərşənbə axşamı, 24 Sentyabr 2024 10:44

Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib.

“Caspian Energy Media” bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Read 52 times