Cümə, 05 İyul 2024 17:47

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Bu barədə Caspian Energy Media Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Read 62 times