BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) təşkilatın Nyu-Yorkdakı qərargahında üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Dayanıqlı İnkişaf üzrə Yüksəksəviyyəli Forum keçirir.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, 8-17 iyul tarixlərində keçirilən tədbirin mühüm hissəsi Şuranın Yüksəksəviyyəli Seqmenti Forumunun (HLPF) iyulun 15-dən 17-dək üçgünlük nazirlər toplantısı olacaq.
Forum “2030 Gündəliyinin gücləndirilməsi və çoxsaylı böhranlar zamanı yoxsulluğun aradan qaldırılması: davamlı, dayanıqlı və innovativ həllərin effektiv çatdırılması” mövzusunda keçirilir.
BMT bildirir ki, 36 dövlət 2024-cü il HLPF-də 2030-cu il Gündəliyinin həyata keçirilməsinə dair könüllü milli təhlillər (VNR) aparmaqda maraqlı olduqlarını bildirib. Onların arasında Azərbaycan da var.