Cümə, 12 İyul 2024 12:16

“Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üçün yeni müqavilə

bp Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını bu gün elan edib. Dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları  olan“BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.

Caspian Energy Media bp-ə istinadla xəbər verir ki, müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və bp-nin və tərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.

Daha ətraflı

Read 97 times