İyulun 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.
Söhbətin əvvəlində Qırğızıstan Prezidenti Özbəkistanın dövlət başçısını ad günü münasibətilə səmimi qəlbdən təbrik etdi, ona möhkəm cansağlığı, eləcə də Özbəkistana sülh, firavanlıq və davamlı inkişaf arzuladı.
Özbəkistan-Qırğızıstan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsinin cari məsələləri müzakirə edilib.
Bu barədə Caspian Energy Media Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir.