Bazar ertəsi, 29 İyul 2024 16:33

Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Caspian Energy Media Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.

Read 169 times Last modified on Bazar ertəsi, 29 İyul 2024 12:47