Cümə, 23 Avqust 2024 09:26

İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Bu barədə “Caspian Energy Media” Prezidentin rəsmi saytına istinadla xəbər verir.

Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

Daha ətraflı

Read 50 times Last modified on Cümə, 23 Avqust 2024 07:24