28 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa ilə görüşüb.
“Caspian Energy MediaƏ SOCAR-a istinadən xəbər verir ki, tərəflər neft-qaz sektoru ilə yanaşı, enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.