Cümə, 30 Avqust 2024 09:36

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Sabir Zeynalovu təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.

"Caspian Energy Media" paylaşımı təqdim edir:

“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

Read 73 times