Cümə, 30 Avqust 2024 14:56

AİB-in enerji direktoru Junho Hvanq ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Anar Axundov Asiya İnkişaf Bankının (AİB) Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanq ilə görüşüb.

“Caspian Energy Media” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki,tərəflər bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, Azərbaycanın enerji sisteminin davamlılığını və səmərəliliyini təmin etmək üçün infrastrukturun inkişafı və maliyyələşməsinə Bankın potensial dəstəyi və “yaşıl” enerji sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Read 254 times