Caspian Energy Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Böyük Britaniyanın neft şirkəti Shell şirkətinin baş icraçı direktoru Vael Savanı danışıqlar üçün qəbul edib.
Paytaxt Ankaradakı prezident sarayında bağlı qapılar arxasında keçirilən görüş Türkiyənin dövlət enerji şirkəti Botaş və Shell arasında 2027-ci ildən başlayaraq Shell-in Türkiyəni qazla təmin edəcəyi 10 illik mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü müqaviləsi imzaladıqdan sonra baş tutub.