Bazar ertəsi, 09 Sentyabr 2024 11:09

Bakı Ali Neft Məktəbinin komandası “TEKNOFEST-2024”ün qalibi oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” komandası “TEKNOFEST-2024”ün qalibi olub.

“Caspian Energy Media” BANM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb.

Komandanın elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur.

Qeyd edək ki, təmsilçilərimiz qeydiyyatdan keçmiş 1000-ə yaxın komanda arasından seçilərək finala yüksələn 10 komanda içərisində qələbəni təmin etməyi bacarıblar.

Read 46 times