Çərşənbə, 02 Oktyabr 2024 14:54

Energetika naziri Braziliyaya səfər edib

Energetika naziri Pərviz Şahbazov Braziliya Federativ Respublikasının mədən və energetika naziri Aleksandr Silveiranın dəvəti ilə bu ölkəyə səfər edib. Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 3-də Braziliyanın Foz do İquaçu şəhərində keçiriləcək Təmiz Enerji üzrə 15-ci (CEM-15) və İnnovasiyalar üzrə 9-cu (Ml9) Nazirlər iclaslarında, oktyabrın 4-də isə G20 Enerji Keçidi Nazirlərinin İclasında və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun həmsədrliyi ilə keçiriləcək Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoqda iştirak edəcək.

Səfər zamanı tədbirlərdə nazirin çıxışları və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Read 195 times