Çərşənbə, 30 Oktyabr 2024 10:45

Azərbaycan yenidən OIC-CERT-nin İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 11-ci ümumi iclasında İdarə Heyətinə keçirilən seçkilərdə iştirak edib. İclas Oman Sultanlığının Maskat şəhərində keçirilib.

Seçkilərin nəticələrinə əsasən, XRİTDX-nın Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.gov.az) növbəti dəfə 4 il müddətinə İdarə Heyətinin üzvü seçilib.

Bu barədə “Caspian Energy Media” Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Read 65 times