Cümə axşamı, 07 Noyabr 2024 14:12

Energetika naziri Romada nüvə enerjisi ilə bağlı planlardan danışıb

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Roma şəhərində keçirilən Dünya Termo Nüvə Enerjisi Qrupunun ilk Nazirlər İclasında çıxış edib.

Çıxışda nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində mühüm rol oynadığı qeyd edilib. Hazırda təhlükəsizlik standartlarının gücləndirilməsi, radioaktiv tullantıların düzgün idarə edilməsi, maliyyə dəstəyi və insanların bu enerji növünə olan etibarının artırılması nüvə enerjisinin inkişafı üçün zəruri çağırışlar kimi vurğulanıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 67 times