Cümə, 12 İyul 2024 16:22

Qazaxıstan və Özbəkistanın Baş nazirləri iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üzrə işlərin tempini müzakirə ediblər

Almatıda Qazaxıstan və Özbəkistanın Baş nazirləri Oljas Bektenov və Abdulla Oripovun sədrliyi ilə ikitərəfli əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.

Tərəflər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qazaxıstana rəsmi səfəri ərəfəsində ikitərəfli gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar və iki dövlət başçısının razılaşmalarının həyata keçirilmə tempini nəzərdən keçiriblər. Xüsusilə, ticarət-iqtisadi, investisiya, su-enerji əməkdaşlığının, nəqliyyat, sənaye, kənd təsərrüfatı, ekologiya və rəqəmsallaşma sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş layihələrin statusu müzakirə olunub.

Bu barədə Caspian Energy Media Qazaxıstan Respublikası hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Daha ətraflı

Read 155 times