Bazar ertəsi, 26 Avqust 2024 15:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Türkiyəyə səfər edəcək.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq",-məlumatda qeyd olunub.

Read 147 times