Cümə axşamı, 05 Sentyabr 2024 19:48

Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunuldu. Orta Dəhlizin əhəmiyyəti vurğulandı və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olundu.

İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə komissiyanın roluna toxunuldu, gələn il komissiyanın iclasının keçirilməsi razılaşdırıldı.

Daha ətraflı

Read 132 times