Bazar ertəsi, 24 Fevral 2025 13:39

Ərdoğan yenidən Türkiyənin hakim partiyasının sədri seçilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri seçilib.

Ankara İdman Salonunda keçirilən qurultayda 1607 nümayəndədən 1547-si səs verib və o, yenidən partiya sədrliyi vəzifəsinə təsdiqlənib.

Türkiyə lideri qurultayda çıxış edərək, AK Partiyanın yeni dövr üçün birliyini və enerjisini yenilədiyini vurğulayıb. Bu barədə “Caspian Energy Media” Anadolu agentliyinə istinadən xəbər verir.

Read 5 times