Bəhreynin kralı Həməd bin İsa Al Xəlifə Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun numayəndə heyətini qəbul edib.
“Caspian Energy Media” xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.
Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini bir daha kral Həməd bin İsa Al Xəlifəyə çatdırıb.
Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Azərbaycan prezidenti İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.
Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəalliyyətləri xüsusi vurğulanıb.