Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.
“Caspian Energy Media” xəbər verir ki, görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb.