Cümə axşamı, 27 Fevral 2025 09:47

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibdə görüş olub.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.

Bu barədə “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Read 27 times Last modified on Cümə axşamı, 27 Fevral 2025 09:52