Çərşənbə, 18 Dekabr 2024 09:37

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

17 dekabr 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun komandamızın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millimizin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.

Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarımızın seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.

Bu barədə “Caspian Energy Media” AFFA-ya istinadən xəbər verir.

 

Read 60 times