Çərşənbə axşamı, 01 Aprel 2025 10:45

AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş keçirilib

İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.

Onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər. Bu barədə “Caspian Energy Media” AFFA-ya istinadən xəbər verir.

Read 56 times Last modified on Çərşənbə axşamı, 01 Aprel 2025 13:48