ASCO-nun "Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-nin Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.
Yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına istiqamətlənib.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib. Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.