Вторник, 04 Июнь 2024 14:50

Linguist və Helmi Learning nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də Linguist və Helmi Learning nümayəndələri arasında görüş keçirilib. Bu barədə Linguist şirkətinin icraçı direktoru Nəzrin Məmmədova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüş olduqca məhsuldar keçib, yaxın zamanda iki tədris mərkəzi arasında müəllimlər üçün hazırlıq proqramı nəzərdə tutulub.

Linguist Dil Mərkəzi təhsil sahəsindəki boşluğu doldurmaq üçün 2010-cu ilin yanvarında quruldu. İlkin olaraq Linguist tərcümə sahəsində fəaliyyətə başlamış, 2 il sonra isə işini genişləndirərək korporativ müştərilərinə ilk ingilis dili kurslarını da təqdim etmişdir. Bu vaxtdan etibarən Linguist həm tərcümə, həm də dil tədrisi sahələrində fəaliyyət göstərir.

Helmi Learning tədris planının və müəllim hazırlığının əsası uşaqların tədris prosesində fəal iştirak etmək hüququ, bərabərlik və davamlı həyat tərzidir. Həmçinin bütün tədris planları Finlandiyanın ECEC milli əsas tədris planına əsaslanır.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 570 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ