Azərbaycan şahmatçıları Ayan Allahverdiyeva, Nərmin Abdinova və Səbinə Rzalı Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatının 3-cü turunda qələbə qazanıblar.
Caspian Energy Media Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, A.Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.Digər təmsilçimiz N.Abdinova yerli şahmatçı Advika Saruprianı məğlub edib. S.Rzalı isə hindistanlı Hasini Kamabathulanı təslim olmağa məcbur edib.