Среда, 05 Июнь 2024 15:46

Azərbaycan və Avstriya Orta Dəhliz vasitəsi ilə yükdaşımaları müzakirə edib

Vyanada Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe və bu ölkənin qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib, Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkili, eyni zamanda modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanları ilə bağlı geniş müzakirələr aparılıb.

Caspian Energy Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Facebook" sosial şəbəkəsində hesabında bildirib.

Read 397 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ